İstifadəçi Hekayələri

Mahendra Pitale

Bədənlə idarə edilə bilən YETİŞKİNLƏR
Hər gecə ağlıma gəlirdi ki, yenidən gülləmi götürüb Xandala dağlarına gedim. Bir gün yuxudan durub emalatxanaya getdim. Muftanı, qaz pedalını və əyləci velosipedimin sağ tərəfinə qoydum. Məşqlərlə özümü mükəmməlləşdirməyim 2 həftə çəkdi. Yıxıldım, dizlərimi əzdim, amma yenidən ayağa qalxdım. Sonra Mumbay küçələrində yenidən küləyin əsdiyini hiss edərək şəhərdən uzaqlaşdım. Mən tunel, körpü və hedcinqlər vasitəsilə Qoa-Mumbay şossesi ilə irəlilədim. O vaxtdan geriyə dönüş olmadı. Bu mənə bir anlıq təkan, dinclik eyni zamanda məmnunluq hissi verdi. Lonavala və xandala vadisindən keçdim. Ağlıma belə gəlmirdi ki, yenə buralara yalnız gələrəm. Bədiiliyi sevən biri olmuşam. İncəsənət ixtisası üzrə təhsilimi başa vurduqdan sonra demək olar ki, çox gözəl həyat tərzi keçirirdim. Amma bir gün işdən evə qatarla qayıtmaq bütün həyatımı dəyişdirdi. 2006-cı ildə qatarın partlaması zamanı sol qolumu itirdim. Bundan sonra məni nələr gözlədiyindən xəbərsiz idim və araşdırma aparmağa başladım. Bildim ki, protezlər o qədər də populyar deyil və qiymət yüksəkdir. Mən kabel sistemi ilə təchiz edilmiş pulsuz mexaniki əl aldım, lakin kabel hərəkətimi məhdudlaşdırdığından rahat deyildi. Çox da əlverişli olmayan bu əl ilə obyektləri qaldırmamağa çalışırdım. Sonra myo elektrik əli ilə tanış oldum. Həmin zamanlar qiyməti 7 lakh Hindistan rupisi idi. Necə deyərlər, nəyi qəlbən arzulayırsansa kainat səni ona yaxınlaşdırmağa çalışır. Verilişdən və bir media kanalı ilə müsahibədən sonra mənə ianələr və zənglər gəlməyə başladı. 48 saat sonra şəxsi fondumu təşkil etdim. Demək olar ki, 1 il məqsədində olduğum bu nailiyyəti əldə etmək üçün fasiləsiz olaraq çalışdım. Hal-hazırda böyüdüyümüz, öyrəndiyimiz və təcrübələrimizi bir-birimizlə paylaşdığımız amputasiyaya dəstək qrupunun üzvüyəm. Nə zaman travma və ya bədbəxt hadisə ilə bağlı problem yaşayan insanlarla bağlı məlumat alsaq, onlarla əlaqə saxlamağa çalışır, xəstəxanada onlara baş çəkirik. Onlara bizim də yaşadığımız eyni situasiya barədə mənəvi dəstək verir, bunun son olmadığını sadəcə yeni bir macəranın başlanğıcı olduğunu söyləyirik. Bir dəfə iki əlini itirmiş bir qızın yanına getmişdim. O, həftələrlə heç kimlə danışmamışdı. Amma o, məni protez əllə görən kimi diqqətini cəlb etdim. Onun çoxlu sualları var idi! Birdən gülümsədi! Söhbətin sonunda onun qaşqabağının böyük təbəssümə çevrildiyini görmək həqiqətən sehrli bir an idi. Hindistan kimi bir ölkədə əlillər üçün proqramlar haqqında məlumat yoxdur. Əlillər kənarda qalıb. Bəli, onlara rəğbət göstərilir. Ancaq bir çoxları əlillik, fərq və bacarıqsız olduqlarını düşündüklərinə görə canlarına qəsd etməyə belə qərar verirlər. Amma bizimlə bərabər, texnologiya da inkişaf edir. Hər gün işdən yenidən qatarla qayıdıram. Yeni insanlarla tanış oluram. Bəziləri protez istifadə etdiyimi tam gözü önünə gətirənə qədər fərqinə belə varmırlar. Protezsiz insanlar gəlib sizə kömək etməyə və ya simpatiya nümayiş etdirməyə çalışırlar. Amma protezlə mən də sənin kimi özümə və ətrafımdakı insanlara kömək etmək qabiliyyətinə malikəm. Özümü daha müstəqil hiss edirəm, idmanla məşğulam, oxatma ilə məşğulam və tüfəngdən atıcılıq tədbirlərində iştirak edirəm. Mən bir insan kimi bacardığımı düşündüyümdən daha çox şey edə bilərəm. Mən həmişə rastlaşdığım əksər amputantlara deyirəm “agar vigyaan ne itanee tarakkee kar lee hai to ham usaka laabh kyon na len? agar hum is ka istemaal karte hain, to kisi ki jarurat nahi hogi“ Protezsiz kimsə sənə kömək edəcək. Amma protezlə heç kimin köməyinə ehtiyacım yoxdur, hər şeyi özüm edə bilirəm.